_

Haqqımızda

AGRO RETEMS – yüksək keyfiyyətli və geniş məhsul çeşidi olan, təzə meyvə və tərəvəzlərin idxalçısı və ixracatçısıdır. Bütün müştərilərin tələb və istəklərini qarşılamaq üçün AGRO RETEMS, məhsulun keyfiyyətinə və çatdırılma müddətinə xüsusi diqqət yetirərək, bütün il ərzində fasiləsiz çatdırılma təmin edir.

AGRO fəaliyyət tarixi 20 ildən artıqdır. Bununla belə, məhz 2011-ci ildən inkişaf vektoru Rusiya Federasiyasında təmsil olunan iri pərakəndə satış şəbəkələri ilə əməkdaşlığa yönəlib. Sonrakı illərdə tədarük coğrafiyası genişlənərək Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər bazarlarını əhatə etmişdir. İxrac edilən məhsullar Azərbaycanda, o cümlədən Türkiyədə istehsal olunur.

2018-ci ildə Moskva və Krasnodarda açılan ofislərimiz Rusiya Federasiyasının ərazisində yerli çatdırılmaları həyata keçirməyə imkan verdi.

Bizi Niyə Seçməlisiniz?

AGRO RETEMS Müştərilərinə ən yüksək
keyfiyyətli məhsulları təqdim edir. Məhsulun
yığıldığı andan nəqliyyat vasitəsinə yüklənməsinə
qədər bütün çatdırılma prosesi yüksək ixtisaslı
Mütəxəssislərimiz tərəfindən idarə olunur.

Our Mission

İnsanların həyat səviyyəsini yüksəltmək, əhalini sərfəli qiymətlərlə ekoloji cəhətdən təmiz məhsullarla təmin etmək, eləcə də məhsullarımızı beynəlxalq səviyyəyə çatdırmaq istəyi. Biz inanırıq ki, sağlam qida sağlam gələcəyin təminatıdır!

Bizim Üstünlüklərimiz

  • Müştərilərimizə yüksək səviyyədə xidmət göstərməklə yanaşı ağıllı və yaradıcı həllər təklif edirik.
  • Güclü, etibarlı və ruhlandırıcı tərəfdaş kimi tanınırıq.
  • Motivasiya və etibarlılıq – bazar meyllərini proqnozlaşdırmağa və keyfiyyətə nəzarət üsullarını təkmilləşdirməyə imkan verən əsas xüsusiyyətlərimizdir.
_

Statistika