_

Alma

Alma – qədim zamanlardan insanlara yaxşı məlum olan və təkcə mətbəxdə deyil, həm də xalq təbabətində, dində, elmdə, incəsənətdə məşhur olan dünyanın ən tanınan meyvəsidir. AGRO RETEMS-in almalar üzrə aktual təklifləri – avqustun ortalarından növbəti ilin may ayının sonuna qədərdir (32-ci həftə, 2021 – 22-ci həftə, 2022). Xüsusi məşhur sortlar: “Qala”, “Qolden”, “Qrenni Smit”, “Fuji” və “Red Çif”. Meyvələrin orta kalibri: 65-75 mm+. Göndərmə plastik yeşiklərdə və karton qutularda, alveollu və ya alveolsuz həyata keçirilir. Həftədə müxtəlif sortlar üzrə təxmini təklif həcmi 5-dən 15-ə qədər a/m təşkil edir.

Məhsulun ümumi ixrac həcmi müxtəlif sort alma üzrə 5000 tona qədər çatır.

Bundan əlavə, Azərbaycanda almanın eksklüziv sortları yetişir ki, bu da Rusiyada alıcılar arasında böyük tələbata malikdir. Onların arasında yüksək sıxlığı və nazik qabığı olan, əla dadı və parlaq, zəngin rəngi olan “Story İnored” alma sortunu qeyd etmək olar. Həmçinin, “Rouz Pink” – zəngin çəhrayı rəngli almadır, özünəməxsus vanil dadına malikdir və ürək-damar sisteminə faydalı təsir göstərən bol qida maddələri ilə zəngindir.