_

Gilas

Gilas – yay göndərmələri zamanı demək olar ki, bütün müştərilərimizin sevimli desertidir. Giləmeyvə qan azlığı, mədə-bağırsaq və sinir sistemi problemləri olan insanlar üçün faydalıdır. Bundan əlavə, gilas tərkibindəki C vitamininin yüksək olması səbəbindən soyuqdəymələrin qarşısının alınmasında əvəzolunmazdır. Yetişmə müddətinə görə gilas üç qrupa bölünür: erkən, orta və gec sortlar. Şirkətimiz, göndərilmə müddəti may-iyun aylarına düşən (19-cu həftə – 24-cü həftə) erkən sortları təklif edir – “Burlat”, “Yerli Mayovka”, “İtalyan”, “Sammit”. Orta gilas sortları – “Napoleon” və “Krım” iyunun əvvəlindən iyulun əvvəlinə qədər (23-cü həftə – 27-ci həftə) göndərilir. Gec gilas sortları – “Regina” və “Svit Hart” iyulun 1-dən avqustun birinci həftəsinə qədər (26-cı həftə – 31-ci həftə) göndərilir. Bütün sortlar üçün giləmeyvənin minimum kalibri 22 mm+-dir.