_
Pomegranate
Nar – faydalı xassələri min ildən artıqdır ki, məlum olan bir meyvədir. Bir çox insan onu B, A, PP və C vitaminlərinin yüksək tərkibinə görə hemoglobini artıran bir vasitə kimi tanıyırlar. Meyvə, boyu yeddi metrə çatan və 130 ilə qədər yaşayan nar ağacında bitir. Nar göndərmə mövsümü oktyabrın əvvəlindən başlayır və yanvarın sonuna qədər davam edir (40-cı həftə, 2021 – 4-cü həftə, 2022). Əsas ixrac sortu, kalibri 250 qr+-dan başlayan “Mina Şirin” sortudur.
Mövsümündə bu pozisiya üzrə göndərmələrin orta həcmi 500-700 ton təşkil edir.