_

Nektarin

Nektarin – şaftalının hibrididir və ya bir çoxlarının iddia etdiyi kimi hamar dərili yarımnövüdür. Bu meyvələr öz poetik adını yüksək şəkər tərkibinə görə almışdır. Bununla yanaşı, nektarində şaftalıdan təxminən iki dəfə çox kalium, dəmir və askorbin turşusu var. AGRO RETEMS öz Tərəfdaşlarına göndərmək üçün yuvarlaq və yastı nektarinlər təklif edir. Yuvarlaq nektarinin pomoloji sortları arasında Royal Kvin, Biq Top, Ziqlo, Biq Bel seçilə bilər, yastı nektarinin ən çox yayılmış sortu isə Platerina hesab olunur. Nektarinin göndərilmə müddəti iyunun 20-dən başlayır və sentyabrın 15-dək davam edir (25-ci həftə – 37-ci həftə). Təklif olunan meyvə kalibri – 50 ilə 65 mm arasındadır. Ümumi nektarin təklifi həftədə 5-dən 10-a qədər a/m təşkil edir.