_

Gavalı

Gavalı – yüksək məhsuldar çəyirdəkli meyvə bitkisidir, mənşəyi alça və göyəmin təbii hibridləşməsinin nəticəsidir. Gavalı meyvələrinin tərkibinə karotin, üzvi turşular, askorbin turşusu, B vitaminləri, kalium, dəmir, yod, mis və sink birləşmələri kimi faydalı maddələr daxildir. Azərbaycanda 7-dən çox gavalı sortları yetişdirilir ki, bu da təkcə yerli deyil, dünya bazarlarında da böyük tələbata malikdir. Ölkədə gavalı mövsümü iyulun əvvəlində başlayır və sentyabrın sonuna qədər davam edir (27-ci həftə – 38-ci həftə). Sortlardan asılı olaraq, çatdırılma müddətləri dəyişə bilər. Xüsusilə məşhur sortlar – qara gavalı “Blek Amber”, “Anjelika”, sarı gavalı “Qolden Qlob”, “Mun Qlob”, mövsümi gavalı “Vengerka” və hibrid gavalıdır. Gavalının orta kalibri – 40 mm+-dən başlayır, bəzi növlərin kalibri isə 60 mm+-ə çata bilər. Müxtəlif gavalı sortları üzrə təkliflərin həcmi həftədə 3-5 a/m arasında dəyişir.