_

Kartof 

Kartof – dünyanın bir çox ölkələrində ən sevilən və geniş istifadə olunan tərəvəz bitkilərindən biri olduğu üçün insanlar arasında tez-tez ikinci çörəklə müqayisə edilir. Yetişmə mövsümündən asılı olaraq, kartoflar 2 əsas qrupa – erkən və gec sortlara bölünür. Kartof geniş temperatur diapazonunda böyüyür, lakin gənc bitkilər uzun müddətli şaxtalara kifayət qədər həssasdırlar, kök yumruları hətta 1-2 °C temperaturda zədələnir. Buna görə də, kartof üçün ideal daşınma temperaturu 6-10 °C hesab olunur. Fevralın sonu – martın əvvəlində (7-ci həftə – 10-cu həftə) AGRO RETEMS öz alıcılarına 50 mm+ kalibrli ağ və qırmızı kartofun gec sortlarını təklif edir, təklif həcmi 80.000 kq.

Martın ortalarından başlayaraq, mövsümü iyulun ortalarına qədər (11-ci həftə – 28-ci həftə) davam edən gənc kartof üçün təkliflər aktuallaşır. Gənc kartofun minimum kalibri – 35 mm, sortu – Telmandır. Kartofun daşınması paletlərə yığılmış beş qatlı karton paketlərdə həyata keçirilir. 1 a/m-ın xalis çəkisi 18500-19000 kq təşkil edir.

AGRO RETEMS-in gənc kartof üzrə təklif həcmi – mövsümündə 400-500 ton təşkil edir.